Türkiyədən balansı dəyişdirəcək HƏMLƏ

18-12-2017, 20:09           

Türkiyənin TPAO şirkətinin Aralıq dənizində istifadə edəcəyi “Deepsea Metro-2” adlı qazma gəmisinin bu ayın axırında Norveçdən Türkiyəyə gətirilməsi və 2018-ci ilin əvvəlində işə salınacağı gözlənilir.

İndiyə qədər seysmik araşdırmalar Türkiyənin öz neft və qaz axtarışı gəmiləri vasitəsilə aparılıb. TPAO-nun gətirəcəyi gəmi ölkənin ilk aktiv qazma gəmisi olacaqdır.

“Heç kim Aralıq dənizini atasının dənizi hesab etməsin”

Enerji və təbii sərvətlər naziri Berat Albayrak məsələ ilə bağlı bundan əvvəl verdiyi açıqlamada deyib: “İlk qazma gəmimiz ilə Aralıq dənizində 2018-ci ildə ilk dərin dəniz burğu qazacağıq. Bu, bəzilərini narahat edib və edəcəkdir. Türkiyə hələ buruğu qazmadan “Türklər qaz tapdılar” şayiəsi yayılmağa başladı. Siyasətin bu manipulyasiya xəbərlərinin arxasında nələr olduğunu bilirik. İnşallah addımlarımızı rasional və elmi əsasla atsaq, o gün gələcək. Heç kim Aralıq dənizi atasının dənizi, öz sərvəti hesab eləməsin. Türkiyə olaraq, istər beynəlxalq hüquqa müvafiq iqtisadi sahələrimizdə, istərdə də Şimali Kipr Türk Respublikasının icazəli sahələrində bu axtarışları aparmağa davam edəcəyik. Heç kim inciməsin”.

Cənubi Koreya istehsalı olan “Deepsea Metro-2” qazma gəmisi 2011-ci ildən fəaliyyətə başlayıb.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.