BOMBA AÇIQLAMA: “GÜLƏN ÖLSƏ DƏ...”

18-12-2017, 21:51           

XÜSUSİLƏ DƏ AZƏRBAYCANDAKI GÜLƏN MƏKTƏBLƏRİNDƏ İNGİLİS DİLİ MÜƏLLİMLƏRİNİN ƏKSƏRİYYƏTİNİN MKİ-nin XƏBƏR TOPLAYICILARI OLDUĞUNU POLİS AŞKARA ÇIXARIB

Hurriyyet.org xəbər verir ki, Türkiyənin hava qüvvələrinin keçmiş baş prokuroru, təqaüddə olan polkovnik Əhməd Zəki Üçok, Fətullah Gülən ölsə belə, FƏTÖ-nün eynilə qalacağını və yerinə başqa bir şəxsin gəltiriləcəyini deyib.

FƏTÖ ilə bağlı iddiaların əsasında ABŞ, İsrail və Avropa İttifaqı ilə dərin əlaqələr gəlir. İstanbuldakı ABŞ Baş Konsulluğu işçisinin, yaxud da Zərrab məhkəməsində prokurorluq lehinə şahidlik edən şəxsin FƏTÖ üzvü olması, Fətullah Gülənin qaytarılması tələblərinə cavab verilməməsi, FƏTO-nü dəstəkləyən ardıcıl açıqlamalar gözlənilməz deyil.

FƏTÖ-nün Türkiyə Silahlı Qüvvəsindəki şəbəkəsini ifşa edən ilk şəxslərdən biri olan polkovnik Əhməd Zəki Üçok “Milliyet” qəzetinə müsahibəsində deyib: “FƏTÖ yazılır, ABŞ/Aİ kimi oxunur. FƏTÖ ABŞ və Aİ ölkələri kəşfiyyat təşkilatlarının nəzarətində inkişaf edib böyüdülən bir təşkilatdır. Dünyanın hər yerindən topladığı məlumatları MKİ, MOSSAD, alman və ingilis kəşfiyyatlarına çatdıran bir şəbəkədir. Artıq gizli də deyil, çox rahat şəkildə görünür. Gülən ilə təşkilatının ABŞ-ın əmrinə tabe olduğu, MKİ tərəfindən istifadə edildiyi çox açıqdır. Məsələn, MKİ agentləri müəllim sifətində müxtəlif ölkələrdəki Gülən məktəbləri vasitəsi ilə dövlətlərə sızmaqda və kəşfiyyat məlumatları toplamaqdadırlar”.

169 ölkədə şəbəkə qurublar

“Yenə də öz məqsədləri üçün istifadə edəcəklər. 169 ölkədə şaxələnmiş bir təşkilatı kim birdəfəyə silib ata bilər. Tanzaniyada, Keniyada, Mavritaniyada, dünyanın hər yerində bu təşkilatın məktəbləri, şagirdləri var. O ölkələrlə bağlı məlumat istədiyiniz zaman onlar dərhal toplayıb verirlər. Agentləriniz getdiyi zaman onları qarşılayır, yerləşdirirlər.Bunların hamısı bildirildi. XÜSUSİLƏ DƏ AZƏRBAYCANDAKI GÜLƏN MƏKTƏBLƏRİNDƏ İNGİLİS DİLİ MÜƏLLİMLƏRİNİN ƏKSƏRİYYƏTİNİN MKİ-nin XƏBƏR TOPLAYICILARI OLDUĞUNU POLİS AŞKARA ÇIXARIB. Yəni belə bir təşkilatı niyə əldən versinlər ki?! Mən də olsam, axıra qədər bu təşkilatdan istifadə edərəm, bunun bir terror təşkilatı olmadığını hər yerdə deyərəm. Onlar da bu cür davranırlar. Ona görə də arxasında dururlar”.

Gülən gedəcək, yerinə başqası gələcək

“Fətullah Gülən ölsə, ya da çətinliklə təhvil verilsə də, vəziyyət dəyişməyəcək. Çünki dəhşətli dərəcədə böyük təşkilatdır. Bu ölkələr üçün bu təşkilat o qədər dəyərlidir ki, bir nəfər Əhməd, Həsən, yaxud da Fətullah öldüyü üçün bu cür möhkəm təşkilatı dağıtmayacaqlar. Ekstradisiya edilməyəcəyinə çox əminəm, amma geri qaytarılacağı təqdirdə yerinə birini qoyub davam edəcəklər. Dünyanın hər yerinə yayıldığın, olduğun hər bir ölkənin irəlidə gedənləri ilə orqanik əlaqələr, bağlar qurmusansa, bir nəfərin gedişi və ya ölümü ilə ondan imtina edərsənmi? O gedəcək, yerinə başqası gələcək və olduğu kimi davam edəcək. Onsuz da elə indi də MKİ-nin nəzarətindədir... Elə bizdə də İstanbulda, İzmirdə bir ovuc qəhrəman prokurordan, bir ovuc da polisdən savayı Fətullah ilə ciddi mübarizə aparanları görmürəm. Xüsusilə də bəzi şəxslər sanki mübarizədən çəkinirlər. Təmizlənmə vaxt aparcaq”...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.