Türkiyə sərhədində 25 minlik vahid uniformalı terror ordusu - ABŞ azı 500 milyon dollar xərcləyib

18-12-2017, 21:54           

Beynəlxalq terrorçuluqla mübarizə üzrə türk mütəxəssis Erol Başaran Bural deyib: “ABŞ-ın vahid uniforma və şəxsi təchizat ilə təmin elədiyi 25 min nəfərlik PKK/YPG terror təşkilatı vahid orduya çevrilir. Terror təşkilatının silahlı gücü 10 hərbi briqada və 13 hərbi korpus səviyyəsindədir”...

ABŞ-ın 2018-ci ildə PKK terror təşkilatının Suriyadakı qolu YPG-yə 500 milyon dollarlıq silah, təchizat, texnika və sursat verməsinin aşkara çıxmasından sonra Pentaqonun Suriya büdcəsinin detalları mübahisələr doğurmaqdadır.

Beynəlxalq terrorçuluqla mübarizə üzrə mütəxəssis, təqaüddə olan polkovnik və XXI əsr Türkiyə İnstitutu Mili Təhlükəsizlik və Xarici Siyasət Araşdırmaları Mərkəzinin başçısı Erol Başaran Bural 2017-ci ildə 8 qat artan silah yardımının ən mühüm detallarından birinin 100 milyon dollara başa gəlmiş uniforma və fərdi təchizat yardımı olduğunu bildirib və bunların terrorçulara eynilə ABŞ-ın öz hərbçilərinin standartlarına uyğun şəkildə verildiyini söyləyib. Bural əsasını YPG terror təşkilatı təşkil edən Suriya Demokratik Qüvvələrinə verilən təchizatın təşkilata yeni imkanlar qazandırdığını vurğulayıb: “SDG-yə yaraqlıların döyüş vaxtı başını qoruyacaq kompozit başlıq və bədənini qoruyacaq ballistik qoruyucu jilet verilmişdirsə, bu, PKK/PYD-yə yeni bir imkan və qabiliyyət qazandırıldığını bildirir 100 milyon dollar xərclənəndən sonra 25 min eynitipli geyim sayəsində PKK/PYD qondarma da olsa, “ordu” görünüşü qazanacaqş Silahlarla müqayisədə, eynitipli uniforma o qədər də böyük xərc apramasa da, bu, ABŞ tərəfindən PKK/PYD-yə yardımların “örtülü mesajı” kimi dəyərləndirilir. ABŞ tərəfindən Suriyanın şimalında qondarma bir kürd ordusu yaradıldığı aşkar görünür”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.