Ankarada silahlı hücum: bir polis ölüb

19-12-2017, 10:34           
Ankarada silahlı hücum: bir polis ölüb
Türkiyənin paytaxtı Ankarada polisə silahlı hücum olub.

Trend-in məlumatına görə, Göybaşı rayonunda dayandırılan avtobusda yoxlama zamanı şəxsiyyətini müəyyənləşdirmək üçün nəqliyyat vasitəsindən düşürdülən sərnişinlərdən biri qəflətən polisə atəş açaraq qaçıb.

Polis əməkdaşlarından biri ağır yaralanaraq xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Şübhəlinin saxlanılması üçün əməliyyat aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru