Türkiyədən Lozanna açıqlaması: Yunanıstanın ərazisi...

20-12-2017, 08:46           

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Lozanna anlaşmasına yenidən baxılması ilə bağlı açıqlaması Yunanıstanın ərazi bütövlüyünə təhlükə yaratmır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Təəssüf ki, Yunanıstan hökuməti Qərbi Trakyadakı türklərin Lozanna müqaviləsindən irəli gələn müftilik, təhsil, fond və etnik azlıqlarla bağlı ali hüquqlarını təmin etmir”, - nazir bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri baş tutmuşdu.

Yunan rəsmiləri ilə görüşən Ərdoğan 1923-cü ildə imzalanmış Lozanna müqaviləsinin bəzi müddəalarının yerinə yetirilmədiyini, həmçinin anlaşmada müəyyən çatışmazlıqların olduğunu diqqətə çatdırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.