Anjelina Coli: BMT-nin "Xoş niyyətli elçisi"- sözdə sülh mələyi
20-12-2017, 09:02
Redaksiya türk araşdırmaçı-jurnalist, ictimai xadim Banu Avarın “Zenberek” kitabından tərcüməni təqdim edir:
Ekranlarda izlədiklərimiz, dünya mətbuatında gördüklərimiz əsl həqiqətdə bir nəticədir. Yeməyin süfrəyə gətirilməsi kimi. Yeməyi bişirənlər Vaşinqtonda, Təl-Əvivdə, Lanqleydə, Londondadır. Yeməyin bişmə müddətimi?
Qlobal əfəndilər hədəf seçdikləri ölkədə əvvəlcə BMT-nin məsum simalı təşkilatları, parladılmış jurnalistlər vasitəsilə hərəkətə keçirlər. İnsan haqları dərnəkləri, yardım cəmiyyətləri, sərhəd tanımayan jurnalistlər, sərhəd tanımayan həkimlər kimi qlobal kəşfiyyat və provakasiya ünsürlərini meydana çıxarırlar. Cəmiyyətin hər qrupundan olan insanlara yardımlar, hədiyyələr verməklə yaxınlaşırlar. Uşaqlara təhsil, qadınlara azadlıq, etnik qruplara muxtariyyət vəd edərək separatçılıq qığılcımını yandırırlar. Qlobal mətbuat, televiziyalar və sosial şəbəkələr görünməz iplərlə ölkələrdəki bu iç-içə keçmiş quruluşlarla lazım olan münaqişə zəminini hazırlayırlar. Şəxslərin önəmi yoxdur. Önəmli olan şablonu görməkdir. Asan oxunsun və başa düşülsün deyə iç-içə keçmiş mürəkkəb təşkilatlardan seçdiyimiz önəmli şəxsləri önə çıxaracağıq. Bu Hollıvud ulduzu da bunlardan biridir. Harada ki, amerikan “demokratik cəmiyyət kaftarları”, harada ki, amerikan, ingilis kəşfiyyatı var, harada ki, münaqişələr, problemlər pik həddə çatıb, media qarğaları meydanlardadır, harada ki, qan yeri-göyü bürümüş və insanlar yerlərindən-yurdlarından edilibsə BMT-nin səhnə üzü, “xoş niyyət elçisi” Anjelina Coli və digərləri orada bənd olurlar. Oskarlıq Hollivud ulduzu, qlobal qaranlıq şəbəkənin meydana gətirdiyi problemləri, müharibələri gizləyən üz funksiyasını yerinə yetirir. Anjelina Coli müharibə baronları olan qlobal sahiblərinin “politik” aktivistlərindən biridir. Müəllimi İngiltərə Lordlar Kamarasının üzvü Baronessa Arminka Helicdir, bağlı olduğu və əmrlər aldığı patronu da BMT Qaçqınlar Ali Komissralığıdır. 2000-ci ildə ictimai dəstəyi və populyarlığı sadəcə 30 faiz idi. Sadəcə vurub dağıdan səhnələrin bol olduğu bir neçə filmdən xatırlanırdı. O qədər uğurlu şəkildə parladıldı ki, 2006-cı ildə populyarlıq səviyyəsi 80 faizə qədər yüksəldi. Anjelinaın bu yüksəlişdə ən iri media dəstəyini “Forbes” və “Times” jurnalları verirdi. 2001-ci ildən etibarən ən az 20 ölkədə BMT-nin xoş niyyət elçisi olaraq qaçqın və köçkünlərlə görüşdürüldü. Tayland, Kosova, Keniya, Ekvador və təbii ki, Suriya sərhədlərində, eləcə də Türkiyə və İordaniyada dəfələrlə göründü. 2001-ci ildə bu vəzifəni niyə qəbul etdiyini soruşduqda, Anjelina cavabında “Hamımız darda ikən birilərinin köməyə gəlməyini arzu edərik” demişdi. Pakistanda zəlzələdən zərər görənlərin yanındaydı, Türkiyənin Hatay vilayətində suriyalı müxaliflərin və qaçqınların himayədarı idi. Uzun illər ərzində roluna çox yaxşı konsantrasiya olmuşdu. Hollivudun vampir pozaları verən çılğın, cazibədar qızı saçlarını tünd rəngə boyatmış, makiyajını azaltmış, xeyirxahlıq maskası taxmışdı. Bədəninin müəyyən mərhəm xətlərini o qədər də göstərməyən nisbətən gen paltarlar geyinərək dünyanın hər yerində qaçqın uşaqların və zərərçəkənlərin yanında sevimli və xeyirxahlıq pozaları verirdi. “Zavallı suriyalı uşaqlar zalım Əsədin zülmündən qorunmalı, ağlamamalı və şokolad yeməli idilər” deyirdi Anjelina və ardından dərhal mümkün qədər duyğu və hiss istismarı edən görüntülər CNN, BBC, Fox və Əl-Cəzirə ekranlarında yayınlanırdı. Dünya ictimaiyyəti bu şəkildə yönləndirilirdi. Coli 2005-ci ildə rolunu o qədər mənimsəmişdi ki, jurnalistlərin “Məqsədiniz nədir?”sualına “Bu , insanların nə yaşadığını hər kəs bilməlidir” deyə cavab verdi. Bilinməsi vacib olan əslində Vaşinqtondakı kuklaların məsləhət gördüyü şəkillər idi. Anjelina artıq siyasi aktyor olmuşdur. ABŞ-ın Konqres üzvləri ilə dəfələrlə görüşən, Dünya İqtisadi Formunda təcrübəsinə və bilgisinə müraciət edilən, 40 dövlət adamı məzun edən “London School og Economics't” universitetində mühazirəçi qismində dəvət olunan siyasi bir aktyora çevrildi xanım Anjelina.
İllər boyu Hollivud Ronald Reyqan kimi ABŞ prezidentlərini, Arnold Şvartsnegger kimi vilayət rəhbərlərini və bir çox məşhur simanı siyasətə yollamışdı. Çünki xalqı sevdiyi məşhurlarla aldatmaq daha asandır...
Ardı olacaq.
AFN