Fətullah Gülən Səudiyyə Ərəbistanı ilə dərin bağları olduğunu açıqladı
21-12-2017, 16:13
Fətullah Gülən Səudiyyə Ərəbistanı ilə dərin bağları olduğunu açıqladı Eastnews.org-un verdiyi xəbərə görə, Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülən ABŞ-İsrail siyasətini müdafiə etməyə davam edir. Gülən Səudiyyə Ərəbistanı ilə dərin bağları olduğunu və bu ölkədə özləri üçün fürsətlər tapdıqlarını söyləyib. Səudiyyənin "Elaph" saytında 17 dekabrda dərc olunan müsahibədə Gülən "Türkiyənin Qətərin yanında durması münasib deyil", - deyib. Türkiyənin Qətərə əsgər göndərərək, Səudiyyə Ərəbistanına meydan oxuduğunu deyən Gülən son hadisələr qarşısında ABŞ və İsrail cərgəsindəki mövqeyini yenə ortaya qoyub: "Təktərəfli və nifrət dolu qərarlar verməkdən çəkinməliyik. Belə problemləri beynəlxalq tədbirlərlə həll etməyə çalışmalıyıq. Avropa İttifaqı var, NATO var. Türkiyə də NATO üzvüdür. Məncə hər hansı bir addım atmadan əvvəl bu təşkilatların fikri alınmalıdır. Qlobal dünyada artıq İslam dünyası, xristian dünyası və ya yəhudi dünyası deyə bir şey yoxdur. Bütün dünya kiçik bir qəsəbə kimi oldu. Fikrimcə, yeni layihələr bu fakta əsasən planlaşdırmalıdır". "Hərəkatınız İslami dövlətlərdə necə bir rol oynayır?", - sualına cavab verərkən Gülən Tunis, Əlcəzair və İordaniyadan bəhs edib. Fətullah Gülən Mərakeş kralının ona gənc ikən qızıldan bir Quran nüsxəsi hədiyyə etdiyini bildirərək, İordaniyaya isti baxdığını söyləyib və Səudiyyə Ərəbistanını xüsusilə vurğulayıb: "Səudiyyə Ərəbistanı ilə dərin əlaqələrimiz var. Səudiyyə İslam dünyasının, müsəlman komitəsinin və İslam gücünün mərkəzidir. Orada çox şey etmək olar. Məsələn, beynəlxalq konfranslar keçirmək. Ərəb dünyasında nikbinliklə qarşılaya biləcəyimiz yeniliklər və irəliləyişlər var. Allahın köməyi ilə indiki çətinlikləri dəf edəcəklər".