Efirdə qalmaqallı müzakirə: - “Buyur, o zaman dəvə sidiyi iç”

22-12-2017, 00:44           

Türkiyənin “Haber Türk” kanalında ilahiyyatçılar arasında maraqlı dialoq yaşanıb.

Kolgemedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilahiyyatçı Canər Taslamanla Yalova Universitetinin İslami Elmlər fakultəsinin müəllimi Dr. Ebubekir Sifil arasında “dəvə sidiyi” ilə bağlı müzakirə yaşanıb.

Hədisələrin əksəriyyətinin uydurma olduğunu deyən Taslaman “məsələn, Buxari üçün dəvə sidiyi içmək sünnətdir və peyğəmbərimiz içilməsini tövsiyyə edib. Ancaq dəvə sidiyi Orta Şərqdə bir çox xəstəliklərə səbəb olub. Bunu edən türk hacılar da var. Əgər sünnətdirsə, Əbubəkir Hoca içə bilər” deyərək özüylə bir qab gətirdiyi dəvə sidiyini masanın üstünə qoyub.

Bunun qarşılığında ilahiyyatçı Sifil isə dəvə sidiyinin şəfalı olduğunu bildirən hədisin doğru olduğunu müdafiə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru