Böyük əməliyyat: 12 komandan həbs edildi

23-12-2017, 10:38           
Böyük əməliyyat: 12 komandan həbs edildi
FETÖ şəbəkəsi ilə bağlı Jandarm Komandanlığında aparılan istintaq tədbirləri çərçivəsində 12 vəzifəli şəxs və 16 hərbçi polis tərəfindən saxlanılıb.

Axar.az-ın Türkiyə müxbirinin verdiyi məlumata görə, Türkiyə polisinin keçirdiyi gecə əməliyyatı çərçivəsində Düzcə vilayətinin Jandarm komandanı polkovnik Yılmaz Özdəmir də həbs edilib. O, artıq Ankaraya gətirilib.

Nəzarətə götürülən digər vəzifəli şəxslər isə bunlardır:

Şırnak Jandarm komandanının köməkçisi polkovnik Fərhad Qarabulud, Kastamonu Jandarm komandanının köməkçisi polkovnik Fevzi Başköy, Diyarbəkir Jandarm Aviasiya komandanlığında çalışan polkovnik-leytenant Əli Küçükçarpaz, Antalya Jandarm Ərazi komandanı polkovnik-leytenantı Emin Hülakü, Jandarm Komandanlığı Personal Rəhbərliyinin sənəd işləri üzrə müdiri Mətin Duran, Tunceli Jandarm Bölgə Komandalığı Logistik Şöbəsinin müdiri polkovnik-leytenant Süphi Dağ, Ağrı Jandarm Komandanının köməkçisi polkovnik- leytenant Şahin Bodur, Diyabəkir Jandarm Komandanlığından polkovnik-leytenant Şükrü Yorulmaz, təqaüddə olanlar Yaşar Gönen, Yaşar Qalxan və Fazil Zeybək, GATA-da bir müddət işləmiş və daha sonra Səhiyyə Nazirliyinə keçən polkovnik-leytenant Zəfər Kılbaş.

Bundan əlavə, Gürkan Mərd, İsmayil Safaz və daha əvvəl vəzifədən kənarlaşdırılan polkovnik Polad












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.