Yunan nazirin "bacarırsız, gəlin alın" ultimatumuna sərt cavab: "Ecevit nə elədi? Getdi aldı, 2019-da da belə edəcəyik"

23-12-2017, 21:50           

CHP lideri Kamal Kılıçdaroğlu Yunanıstana, onun müdafiə naziri Panos Kammenosa çox sərt xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamal Kııçdaroğlu bir müddət əvvəl "Yunanlar Ege dənizində Türkiyəyə məxsus 18 adanı işğal edib" bəyanatına Yunanıstan müdafiə nazirinin cavabına çox sərt reaksiya verib.

O, yunan nazirə çox açıq, prezident Ərdoğana isə adını çəkmədən sərt mesajlar ünvanlayıb:

"Bəli, Yunanıstan'ın Ege adalarının 18-ni işğal edib. Ya arkadaş (Ərdoğanı nəzərdə tutur-Mia.az), mənim hər söylədiyimə söz yetişdirisən, bir də bu 18 adayla bağlı bir cümlə qur. Cümlə daha qura bilmir. Əvəzində Yunanıstan müdafiə naziri mənə cavab verdi. "Gəl də al" deyir. 2019-da gələcəyəm, o adaların tamamını alacağam. Bunu niyə söyləyirəm?

Bir vaxtlar bunlar Kipr üçün də "Gəl də al" deyirdi. Rəhmətlik Ecevit nə elədi? Çıxdı və getdi aldı. Bitdi bu qədər".

Kılıçdaroğlu Ərdoğanın yunan nazirə qorxudan cavab belə verə bilmədiyini iddia edib:

"Hanı bəs sən dünya lideriydin?! Hanı qardaşım, bəs hər kəs önündə titrəyirdi? Süleyman Şah Türbəsini öz topraqlarımızdan qaçırdıq. Kimsə mənə millilikdən danışmasın. Öz toprağını terror örgütünə buraxacaqsan, öz türbəni alıb qaçıracaqsan. Sonra da qaxıb mənə "Mən milliyəm" deyəcəksən. Olmaz, mən gərəkirsə, orada şəhid olaram, amma toprağımı qoruyaram. Vətənim üçün hər şeyi edərəm.

Ege adalarının 18-də yunanlılar hərbi birlikləri quracaq, mən bunu dilə gətirəcəyəm, tək cümlə ilə sən buna toxunmayacaqsan. Kimsən sən?! Bəs milli idin, niyə demədin Yunanıstan müdafiə nazirinə ki, "Sən Türkiyə Cumhuriyyəti Dövlətinin ana müxalifət partiyasını təhdid edeə bilməzsən". Niyə demədin?!".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.