Türkiyədən Twitter ittihamına cavab: Ankarada BƏƏ səfirliyinin yerləşdiyi küçə Fahreddin Paşa adlandırılacaq

24-12-2017, 10:50           

Ankara Böyükşəhər Bələdiyyəsinin qərarı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyinin olduğu küçənin adı "Fahreddin Paşa Sokağı" olaraq dəyişdiriləcək.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qərar BƏƏ xarici işlər nazirinin Twitter səhifəsində dərc edilən yazıya cavab olaraq qəbul edilib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed öz Twitter səhifəsində türkləri 1916-cı ildə cinayət törətməkdə ittiham edən və prezident Ərdoğanı hədəfə alan bir İraqlı Twitter istifadəçisinin yazısını paylaşmışdı.

Ərəbcə dərc edilən tweet-də Fəhrəddin Paşa adlı bir türk hərbiçisinin cinayət işlətdiyi və ərəblərdən pul və qiymətli əlyazmalar oğurladığı iddia edilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru