O ölkədə dövlət çevrilişinin qarşısını Türkiyə aldı - ŞOK DETALLAR

26-12-2017, 09:18           

Qətər ətrafında yaranan Körfəz böhranının yalnız sanksiyalarla məhdudlaşmadığı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qətər əmirini devirərək onun yerinə Londondakı qardaşı oğlunu gətirməyi planlaşdırdığı ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i bildirib.

2017-ci ilin iyun ayında Misir, Səudiyyə Ərəbistanı və BƏƏ daxil olmaqla, bəzi ərəb ölkələri Yaxın Şərqdə “terrorizmi dəstəkləməkdə” ittiham etdiyi Qətərlə əlaqələrini kəsdiklərini açıqladılar. Bu, Körfəz bölgəsində son illərdə ən böyük diplomatik qalmaqala səbəb oldu. Dohaya qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlərlə kifayətlənməyən ərəb ölkələri ölkədə çevriliş təşkil etmək istədilər.

Türkiyə KİV-inin yazdığına görə, Qətər əmiri Tamim bin Həmədin sarayını mühasirəyə alan türk birlikləri çevriliş cəhdinin qarşısını alıblar. Məlumata görə, iyunun 5-də Qətərə yaxın ölkələrdəki türk elit birliklərinin 200-ə qədər üzvü Ankaradan gələn təlimatla Dohaya çatır və hazır vəziyyətə gətirilir. Məqsəd həmin gecə ölkə və ya ölkələr qrupu tərəfindən Qətərdə həyata keçirilməsi planlaşdırılan çevrilişin qarşısını almaq və Qətər əmirinin təhlükəsizliyini təmin etmək idi.

Eyni anda Səudiyyə Ərəbistanı və BƏƏ-nin xüsusi elit bölmələri də Qətər əmirini devirmək üçün düyməyə basmışdılar. Ancaq türk birliklərin saraya daha tez çatması Səudiyyə Ərəbistanı və BƏƏ-nin planının qarşısını almağa imkan verib.

Məlumata görə, həmin gecə Türkiyə Hərbi-Hava Qüvvələrinə aid təyyarələr də hazır vəziyyətə gətirilmiş, ehtiyac yaranacağı halda, Qətərə uçmalı idilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.