Türkiyədə Şok: Əhməd Davudoğlunun iqamətgahında atışma - FOTO

20-08-2015, 00:52           

Beşiktaş Dolmabahçe Sarayı önündəki mühafizə xidmətinə hücum təşkil olunub.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, sarayın Səltənət Qapısına gələn və terror təşkilatı DHKP-C üzvü olduqları təyin olunan 2 nəfər posat əl bombası atdıqdan sonra silahla atəş açıb.

Postdakı polislərin cavab atəşi açmasından sonra təcavüzkarlar hadisə yerindən piyada olaraq qaçıblar. Hadisədə 1 polis yüngül yaralanıb.

Bölgədəki polis dəstələrinin təqibi nəticəsində terrorçular Almaniyanın İstanbuldakı Baş Konsulluğu yaxınlığında yaxalanıb.

Təcavüzkarların üzərindən 1 uzun lüləli avtomat, 1 tapança, 2 əl qumbarası və bu silahlara aid 2 sandıqça ələ keçirilib.

Təcavüzkarların 8 avqustda AK Partiyanın İstanbul ofisi binasına hücum həyata keçirən şəxslər olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, Bosfor körfəzinin sahilində, İstanbulun əsas turistik ərazisində yerləşən Dolmabahçe Sarayı həm də Türkiyə baş naziri Əhməd Davudoğlunun iqamətgahıdır. Həmin vaxt baş nazirin paytaxt Ankarada olduğu xəbər bildirilir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.