Türk ordusu Afrində yalnız bu kəndə toxunmadı – Səbəb

15-03-2018, 01:19           
Türk ordusu Afrində yalnız bu kəndə toxunmadı – Səbəb
Türkiyə Silahlı Qüvvələri Afrində Ayn Dara, Qazaviyə və İskan kəndlərini alaraq mühasirə həlqəsini tamamlayıb.

teref.az Axar.az-a istinadən xəbər verir ki, türk əsgəri terrorçuların zorla canlı bomba etmək istədiyi mülki insanların qaça bilməsi üçün Afrində yalnız bir əraziyə toxunmayıb.

Məlumata görə, PKK zülmündən qaçanların Afrini rahat şəkildə tərk edə bilməsi üçün TSQ yalnız Kirazlı kəndini müvəqqəti olaraq hərbi əməliyyatlar ərazisindən kənarlaşdırıb.

Bununla yanaşı, mülki vətəndaşların qorunması və təhlükəsiz bölgələrə keçidini təmin etmək üçün 3 istiqamət müəyyən edilib. Təyin edilən istiqamətlər vasitəsilə mülki şəxslərin Hələb-Nubl, “Fərat qalxanı” ərazisinə və İdlibə təhlükəsiz şəkildə getməsinə imkan yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru