"Dilimiz yeni bir təhdidin təsiri altındadır" - Ərdoğan

15-03-2018, 21:32           
"Dilimiz yeni bir təhdidin təsiri altındadır" - Ərdoğan
“Dil inqilabı adı altında dilimiz dadsız, duzsuz, rəngsiz bir hala gətirilərək öz kökündən qoparılıb”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepedə Şeir və Hekayə müsabiqəsinin mükafatlandırma mərasimində bildirib.

“Osmanlı türkcəsinin məktəblərdə tədris edilməsini əhəmiyyətli sayıram. Dilimiz yeni bir təhdidin təsiri altındadır. Burada hər kəsin üzərinə əhəmiyyətli vəzifə düşür.

Türk dilini Mehmet Ərsoy, Nəcib Fazil Qısakürək, Azərbaycanda Bəxtiyar Vahabzadə, İranda Şəhriyar qorumuşlar .

Tabletlərdə, yazışmalarda xarici kəlmələrdən istifadə edilməsi bütün sərhədləri aşıb.

Əslində bizim damarımız kəsilib. Bir millətin dil nöqtəsində bu damarı kəsdiyiniz anda ulu babası ilə ilə arasındakı bağları kəsmiş olursuz”, - deyə, Türkiyə prezidenti bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru