Adnan Oktarın arxivi ələ keçirildi - Şok görüntülər

21-07-2018, 20:33           
Adnan Oktarın arxivi ələ keçirildi - Şok görüntülər
Türkiyədə Adnan Oktara qarşı başladılan əməliyyatlar çərçivəsində Ümraniyədə tapılan depodan qruplaşmaya aid rəqəmsal arxiv ələ keçirilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

Məlumata görə, depodan 2 min 500 ədəd mobil telefon, noutbuk və harddisk tapılıb. Arxivin araşdırılması zamanı qruplaşmanın qadın üzvlərinin cinsi əlaqə zamanı çəkilən görüntüləri ortaya çıxıb. Bundan başqa, qadınların estetik əməliyyat etdirmələrinin səbəbləri də məlum olub. Belə ki, A.Oktar qrup üzvlərini məktəb dönəmində sevdiyi qadına bənzətmək istədiyi üçün onları məcbur əməliyyat etdirib. Həmçinin onun tanıdığı rəssamlara qrupdakı qadınların rəsmlərini çəkdirməsi, daha sonra isə bu rəsmləri özü çəkdiyini bildirərək hər kəsi aldatması da ortaya çıxıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində A.Oktarla yanaşı, 168 nəfər də yaxalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru