Yaşlı insana yer tələb edən gənc döyüldü - Foto

24-07-2018, 08:05           
Yaşlı insana yer tələb edən gənc döyüldü - Foto
Türkiyənin İzmit şəhərində ictimai nəqliyyatda sərnişinlərdən yaşlı insanlara yer vermələrini tələb edən gənc döyülüb.

Teleqraf.com xəbər verir ki, yerini avtobusa minən yaşlı cütlüyün qadın üzvünə verən gənc həmyaşıdlarını qoca kişiyə yer verməyə səsləyib. Amma onun çağırışını nəzərə alan olmayıb.

Təkrar çağırışı zamanı avtobusdakı D.A adlı şəxs gəncə hücum edərək dodağını yumuruq zərbəsi ilə partladıb. Avtobusdakılar gəncləri ayırmağa çalışıblar. Hadisə yerinə polis çağırılıb. Gənclərin ilkin ifadəsi alınaraq sərbəst buraxılıblar.

Avtobusdakı yaşlı insanlar döyülən gəncə dəstək olublar və qoca qadına yer verdiyi üçün ona təşəkkür ediblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru