Adnan Oktarın “kedicik”lərinin həbsxanada ilk istəkləri hər kəsi mat qoydu
8-08-2018, 21:54
Mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən "din xadimi” Adnan Oktar "kedicik” adlandırdığı qadın müridlərinin həbsxanada keçirdikləri 20 gündən sonra istədikləri ilk şey hər kəsi təəccüb içində qoyub.
Unikal.org xəbər verir ki, "kedicik”lər gözəllik salonuna getmək istəyiblər.
Onlar həbsxanada qadın məhbusların işlədiyi gözəllik salonuna gediblər. Qocaəli, Gebzə və Təkirdağ həbsxanalarında olan "kedicik”lər artıq düşdükləri mühitə uyğunlaşmağa başlaybılar.
Qeyd edək ki, Adnan Oktar və müridləri mütəşəkkil cinayətkar dəstə qurmaq, azyaşlıların cinsi istismarı, cinsi təcavüz, şantaj, çirkli pulları yumaq, casusluq kimi cinayətlərdə ittiham edilir. İstintaq əməliyyatları çərçivəsində 187 nəfər saxlanılıb, onlardan 169-u həbs edilib. Adnan Oktarın şizofreniyanın ən ağır dərəcəsindən əziyyət çəkməsinə görə həbsdə qalıb-qalmayacağı dəqiqləşməyib.