Türkiyə ordusu İraqda 19 terrorçunu zərərsizləşdirib
1-09-2018, 07:23
Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı mövqelərinə zərbələr endirib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı "Twitter"də yazıb.
Məlumata görə, Zap, Kara və Hakurk rayonlarına endirilən hava zərbələri nəticəsində 19 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK terror qruplaşması Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün bir sıra terror aktları həyata keçirir, dövlət strukturlarına və vətəndaşlara silahlı hücumlar təşkil edir. ABŞ və Avropa İttifaqı PKK-ı terrorçu təşkilatlar siyahısına salıb.