Azərbaycan təyyarəsi qəzaya uğradı? - Rəsmi

9-12-2019, 10:41           
Azərbaycan təyyarəsi qəzaya uğradı? - Rəsmi
Azərbaycan Hava Yollarına məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, məlumatı “Aviasiya Herald” tirajlayıb. Bildirilir ki, qəza nəticəsində təyyarədəki yeddi heyət üzvü həlak olub.

Məlumata görə, An-12 Əfqanıstanın Helmand çayı yaxınlığında, Qarmşir bölgəsindən Əfqanıstanın məlum olmayan digər bir nöqtəsinə yük daşıyırmış.

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski saytımıza açıqlamasında hadisənin 2016-cı ildə baş verdiyini bildirib:

“Yayılan məlumatla tanışıq. Bu hadisə 18 may 2016-cı ildə baş verib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) hadisə ilə bağlı rəsmi məlumat da yayıb. 18 may 2016-cı ildə, Bakı vaxtı ilə təxminən saat 18:30-da Dvayer hava limanından uçuş zamanı qəza baş vermişdi. Təyyarə beynəlmiləl ekipaj tərəfindən idarə olunub. Heyətə Özbəkistan (kapitan), üç Ukrayna və beş nəfər Azərbaycan vətəndaşı daxil idi.

Ekipajın 7 üzvü həlak olmuşdu, iki Ukrayna vətəndaşı olan ekipaj üzvü isə sağ qalmışdı.

Bu hadisənin 3 il yarımdan sonra yeni xəbər kimi yayılması təəccüblüdür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru