Ekspert: "Bu gedişlə səhiyyə sistemi kollapsa düşə bilər"

10-07-2020, 00:00           
Ekspert: "Bu gedişlə səhiyyə sistemi kollapsa düşə bilər"
Koronavirus hələ də dünyada tüğyanını davam etdirir, dünya dövlətləri vəziyyətdən çıxış yolunu karantin rejimini gücləndirməkdə görürlər.

Bolqarıstanda koronavirusa görə fövqəladə hal rejimi iyulun sonuna qədər uzadıldı. Bizimyol.info The Sofia Globe-a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Kirill Ananyev iyulun 14-də başa çatmalı olan karantin müddətinin uzadılacağını bəyan edərək, gediş- gəlişə icazə verilən ölkələrin siyahısının da dərc ediləcəyini qeyd edib. Bununla belə nazirin sözlərinə görə, Bolqarıstana gələn şəxslər 14 günlük karantin rejimində saxlanılacaqlar.Bolqarıstanda bu günə qədər koronavirus səbəbilə 246 nəfər dünyasını dəyişib, 5740 nəfər yoluxub.

İyulun 6-dan etibarən İsveçrədə də ictimai nəqliyyatda maska geyinmək məcburi hal elan edilib.Hökumət bu yolla yoluxma riskini azaltmağa çalışır.Ölkəyə daxil olan hər bir vətəndaş 10 gün karantin rejimində qalmalıdır.İsveçrənin təhlükəli ölkələr siyahısında Rusiya, Azərbaycan, Belorus, Şengen zonası ölkələri var.

İyulun 5-dən Qazaxıstanda karantin rejimi yenidən bərpa edilib.O cümlədən kütləvi tədbirlərin keçirilməsi , əhalinin park və bağlarda 3 nəfərdən çox qruplarla gəzməsi qadağan edilib, dövlət işçilərinin 80 faizi evindən işləyir.Tədbirlərin bir neçə həftə davam etdiriləcəyi gözlənilir.Hökumət əhalinin panikaya düşməsindən narahatdır, apteklərdə antivirus və qızdırma salan preparatlar demək oalr ki tapılmır.

İspaniyanın Kataloniya bölgəsindəki Serqiya rayonu da 210 minlik əhali ilə birlikdə karantin altına alınıb. Kataloniyada virusa yoluxmuş 75 min nəfərin 12 min nəfərdən çoxunun öldüyü bildirilir.

Bu gündən etibarən Fələstin də karantin rejiminin daha 5 gün uzadılmasına qərar verib.Fələstində bu günə qədər 5544 yoluxma faktı var idi ki, bunun da 475 –i son sutkada qeydə alınıb.

MDB ölkələrindən Özbəkistan da karantin rejimini yenidən sərtləşdirməyə qərar verib. Buna səbəb hökumətin yumşaltma tədbirlərindən sonra insanların qaydalara əməl etməməsi nəticəsində yoluxma sayının

çoxalmasıdır.Özbəkistan Operativ Qərargahının üzvü, professor Həbibulla Okilov bildirib ki, yüngül xəstələr evdə müalicə alır, ağır xəstələr üçün isə xəstəxanalar və otellərdə ayrılmış yerlər də dolub.

“Əlimizdə olan məlumata görə hər gün ən az 350 nəfər yoluxur. Bu rəsmi statistikadır.Qeyri rəsmi yoluxma faktları da ola bilər. Xəstə sayı bu sürətlə çoxalsa ölkə səhiyyəsinin buna gücü çatmaz.Kollaps vəziyyəti yaranar”,- deyə doktor bildirib.

Özbəkistanda karantin rejimi avqustun 1-nə qədər uzadılıb.
bizimyolшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.