"Onları güdüblər, koordinatorlarını veriblər - bunlar boş-boş söhbətlərdir"

15-07-2020, 18:48           
"Onları güdüblər, koordinatorlarını veriblər - bunlar boş-boş söhbətlərdir"
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gərginlik davam edir. İyulun 12-si günorta saatlarından başlayaraq atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın sərhədyanı kəndlərini atəş altında saxlayır. Təbii ki, ordumuz da düşmən təxribatına cavab olaraq, qarşı tərəfin döyüş mövqelərini darmadağın edir.

İyulun 14-də Azərbaycan Ordusu ilk dəfə cəbhədəki döyüşlərdə generalını itirdi. Ötən sutka Tovuz rayonu istiqamətində gedən döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, iki mayor – Namiq Əhmədov və Anar Novruzov, iki gizir – Yaşar Babayev və İlqar Zeynallı, bir də müddətdən artıq hərbi xidmət edən əsgər Elçin Mustafayev şəhid olub.

Döyüşlərin yeni başlandığı bir vaxtda və eyni gündə birdən-birə bu qədər yüksək rütbəli zabitin həlak olmasının səbəbləri ilə bağlı sosial mediada müxtəlif versiyalar səslənir. Azərbaycan zabitlərinin toplaşdığı yerin koordinatlarının xəyanət nəticəsində düşmənə ötürülməsindən tutmuş, ermənilərin Rusiyanın texniki dəstəyilə bunu həyata keçirməsinə qədər müxtəlif iddialar var.

Hərbi ekspert Abuzər Əbilov AYNA-ya açıqlamasında bu cür iddiaları uydurma adlandırıb: “Müdafiə Nazirliyinin mətbuat xidməti bu döyüşlər barədə kifayət qədər məlumat verdi. Bu barədə bir çox insan danışdı. Ermənilər Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədinə, Azərbaycan seqmentində olan postlara hücum ediblər. Bununla da döyüş başlayıb və bugünkü günə qədər də davam edir. Əvvəl atıcı silahlarla başlayan döyüş, artıq artilleriya və digər silahlar müstəvisinə kimi keçib”

“General və polkovnik həmin postlarda xidmət aparan şəxsi heyətin yanına gedərkən atəş altına düşüb, şəhid olublar. Burada başqa bir anlayış yoxdur. Onları güdüblər, koordinatorlarını veriblər - bunlar boş-boş söhbətlərdir. Bu şayiələri yayan insanlar axmaqdırlar. Posta doğru gedən yollar atəş altındadır, həmin yerdə general olmasaydı, serjant, əsgər və ya sürücü olacaqdı, eynilə həmin hadisə baş verəcəkdi. Deyilən bütün söz-söhbətlər mənasızdır. Bunlar sosial şəbəkə istifadəçilərinin və hər şeydən narazı insanların uydurmalarıdır. Çünki həmin insanların normal generallardan xəbərləri yoxdur. Onlar düşünürlər ki, generallar hamısı otaqda oturur, TV-yə baxır, qışqırır, əmr verir. Ancaq döyüş şəraitində generalların hamısı cəbhədə, təmas xəttində olur”, - A.Əbilov bildirib.

Ekspert məsuliyyətsiz insanların çoxluğundan gileylənib: “Dünənə qədər qışqırırdılar ki, “müharibə, müharibə”. Bu gün isə qışqırırlar ki, “ölən var”. Dünən deyirdilər ki, “18 yaşında əsgər gedib, şəhid olurlar”. Bugün isə qışqırırlar ki, “niyə general öldü?” Qərara gəlsinlər, əsgər ölməsin, general ölməsin, zabit ölməsin, müharibə istəyirsiniz, müharibədə ölü olmasın, şəhid olmasın... Ümumiyyətlə, insanların nə istədiyini başa düşmək olmur”.

Milli Hüquq Evinin (MHE rəhbəri, hüquqşünas Nicat Gözəlov AYNA-ya açıqlamasında qeyd edib ki, indi baş verənlər yalnız bu günün problemi deyil: “Hələ 1990-cı illərdə atəşkəs haqqında sənəd imzalanmışdı. Amma məsələnin mahiyyəti yalnız həmin protokola bağlanmır. Bu gün Rusiya artıq imperialist maraqları ilə bağlı yeni addımlara hazırlaşır, o cümlədən də keçmiş imperiyanın bərpası və yaxud da Rusiya imperiyasının bərpası, bu məsələlərdə ermənilərdən alət kimi istifadə edilməsi. Digər tərəfdən də Ermənistanın Baş Naziri gündə bir budağa hoppanan quş kimi gah Rusiyanın, gah da Qərbin qucağına hoppanır. Bununla da yeni dividendlər əldə etmək istəyir. Bilirsiniz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası da keçirilmədi və ümumiyyətlə son iki-üç gündə baş verən hadisələrə münasibətdə bildirilmədi”.

Gözəlov hesab edir ki, bu, birbaşa Rusiya ilə Ermənistan rəhbərliyinin arasındakı razılaşma ilə əlaqəlidir: “Rusiya Ermənistandan hər zamankı kimi marionet bir ölkə kimi istifadə edir və öz hərbçilərini də bu işlərə cəlb etməklə, Azərbaycan dövlətinin, xalqının iradəsini qırmaq, çökdürmək istəyir. Azərbaycan xalqının itirə biləcəyi yeganə şey – istiqlal və qalan torpağıdır”.

“Son iki gündə baş verən hadisələrə gəldikdə, əlbəttə ki, aldığımız xəbərlər üzücüdür. Xüsusilə, döyüş generalımızın, böyük təcrübəsi, orduda nüfuzu olan zabitimizin – Polad Həşimovun şəhid edilməsi. Düşünürəm ki, bu hadisə konkret olaraq planlaşdırılıb. Düşməni bombalayıblar, sonra əməliyyat planı üzrə hərəkət edərkən şəhid olublar”, - hüquqşünas vurğulayıb.

“Biz beynəlxalq protokollara baxsaq, görərik ki, Azərbaycan üçün yeganə çıxış yolu müharibəni irəli aparmaq, həm Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirmək, həm də təcavüzkar dövlət olan Ermənistnın ərazilərinə daxil olmaq, onun hərbi bazalarını dağıtmaqdır. Hesab edirəm ki, ən yaxşı erməni ölü ermənidir. Yəni erməniləri öldürmək lazımdır. Çünki onlar bizim xalqın qanına susayıblar”, - o, əlavə edib.

N.Gözəlov döyüş şəraitində məlumatlandırma məsələsinə də toxunub: “Təəssüflər olsun ki, informasiyanı tam formatda həyata keçirə bilmirik. İnformasiyalarda qeyri-səmimilik və gecikmələr mövcuddur. Bu gecikmələrin də hamısı Azərbaycanın operativ hərbi əməliyyatlar keçirməsinə manə olur. Müharibə cinayətləri olaraq Azərbaycan xarici diplomatik korpuslarla işləməlidir. İkincisi, bu gün baş verənləri Dağlıq Qarabağ münaqişəsi ilə eyniləşdirmək olmaz. Çünki Tovuz-Qazax bölgəsi Qarabağdan uzaqda yerləşir və bu nöqteyi-nəzərdən də Azərbaycan beynəlxalq diplomatiyanı işə salıb, təcili beynəlxalq tribunala müraciət etməlidir və bu məsələlərlə bağlı çox ciddi tədbirlər görməlidir. Amma çox təəssüf edirəm ki, Azərbaycan xarici siyasət idarəsinin rəhbərinin və əməkdaşlarının başları pul yığmağa, eyş-işrətə qarışıb”.

“Azərbaycan xalqı müharibə istəyir, Azərbayxan xalqı bu məsələnin birdəfəlik, kökündən həll olunmasını və düşmənlərin həmin ərazilərdən çıxarılmasını istəyir ki, bir də bizim ərazilərdə narahatlıq törədib, qanımızı qaraltmasınlar. Çünki atəşkəs elan olunandan bu günə qədər dörd min nəfərdən çox Azərbaycan əsgəri həlak olub. Və biz dörd min nəfərlə İrəvanı da, bütün əraziləri də boşalda bilərik”, - müsahibimiz söyləyb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.