Məktəbli formaları tikilirmi? - TAPŞIRIQ VERİLMƏYİB

7-08-2020, 16:13           
Məktəbli formaları tikilirmi? -
Valideynlər övladlarına məktəbli formaları almaq üçün hələ ki satış mərkəzlərinə müraciət etmirlər.

Bakı Tikiş Evində (BTE) də hazırda məktəbli formaları tikilmir.

BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov Lent.az -a bildirib ki, məktəbli formalarının tikilməsi ilə bağlı Təhsil Nazirliyindən onlara heç bir tapşırıq verilməyib: “Hazırda məktəbli forması tikilmir. Amma ehtiyatda paltarlar var. Mövcud durumla əlaqədar valideynlər məktəbli formaları üçün müraciət etmir”.

Qeyd edək ki, bu il yeni modeldə məktəbli formalarının hazırlanması da nəzərdə tutulmuşdu.

Seçilən nümunə modellləri bir neçə ay öncə Təhsil Nazirliyi ictimaiyyətin müzakirəsinə təqdim edib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Lent.az -a bildirib ki, bu məsələ ilə bağlı gələn həftə ictimaiyyətə məlumat veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.