Tenderi qazanan şirkətin vəziyyəti pisləşdi – İMTİNA ETDİ

15-09-2020, 17:58           
Tenderi qazanan şirkətin vəziyyəti pisləşdi – İMTİNA ETDİ
Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “Gəncə Nəqliyyat” MMC “cari təmir işləri, maşın və avadanlıq, sair torpaq tikili və avadanlıqların satınalınması” kotirovka sorğusunun ləğvi barədə açıqlama verib.
Teref.az fed.az-a istinadən xəbər verir ki, tenderi qazanan “Garant TS Qrup” MMC 14 avqust 2020-ci ildə “Gəncə Nəqliyyat”a rəsmi məktub ünvanlayaraq təsərrüfat fəaliyyətində çətinlikləri olduğu üçün təqdim etdikləri kotirovka sənədlərindəki qiymət cədvəllərinin 14 avqust 2020-ci il tarixindən etibarsız sayılmasını xahiş edib.

Sonra “Gəncə Nəqliyyat” MMC tenderin etibarsız sayılması üçün İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət xidmətinə məktub ünvanlayıb.

“Gəncə Nəqliyyat” bundan sonra yenidən adı çəkilən satınalmalar eləcədə avtomobil nəqliyyatının alınması məqsədi ilə 21 avqust 2020-ci ildə yenidən satınalma elan verib.

Lakin 01 sentyabr 2020-ci ildə Hüquqlarının Müdafiəsi Dövlət xidmətindən “Garants Ts Qrup” MMC-nin imtina məktubu istənilib.

Həmin məktub adı çəkilən qruma ünvanlanıb və birinci yerləşdirilən sorğuya tam imtina verilmədiyi üçün “Gəncə Nəqliyyat” MMC 26 avqust 2020-ci il tarixində ünvanlanmış məktubların yenidən etibarsız sayılmasını xahiş edib.

Qeyd edək ki, “Gəncə Nəqliyyat” MMC-nin cari təmir işləri, maşın və avadanlıq, sair torpaq tikili və avadanlıqların satınalınması məqsədi ilə portalda 7 avqust 2020-ci ildə elan yerləşdirmişdi.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.