İntihar edən müəllimə bağlı YENİ XƏBƏR - İddialar araşdırılır

18-09-2020, 12:12           
 İntihar edən müəllimə bağlı YENİ XƏBƏR
Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlarla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, ötən gün 27 yaşlı Naidə İsayevanın tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunması ilə bağlı məlumatlar yayılmışdı.

Hazırda bu məlumatlar əsasında araşdırmalar davam edir.

Qeyd edək ki, Hövsan qəsəbəsində yaşayan N.İsayeva axşam saat 17:00-dan sonra özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.

Onu da qeyd edək ki, əslən Lerik rayonundan olan 27 yaşlı Naidə İsayevanın qardaşı ötən gün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə gələrək xuliqanlıq hərəkətləri edib və binanın şüşələrini sındırıb. Bununla bağlı da rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb.

Gənc müəllimin hansı səbəbdən intihar etməsi, həmin ərazini niyə seçməsi hələlik tam dəqiqləşməsə də, rəfiqəsi onun ölümündən əvvəl “Arxamca heç kim pis heç nə deməsin, çünki layiq deyiləm” mesajını paylaşdığını deyib.

O da məlum olub ki, intihar edən müəllim subay olub. O, 2009-cu ildə Bakı Humanitar Kolleci ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2013-cü ildə kolleci bitirib. 2018-ci ildə Xəzər rayonu 121 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi işə qəbul edilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.