Maska ​​taxanların əsas SƏHVLƏRİ AÇIQLANDI

31-10-2020, 07:48           
Maska ​​taxanların əsas SƏHVLƏRİ AÇIQLANDI
Hazırda insanlar maskaları sağlamlığı qorumaq və koronavirusdan müdafiə olunmaq üçün deyil, ictimai nəqliyyatdan istifadə edərkən, mağazalara gedərkən cərimə olunmamaq üçün istifadə edirlər.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyada LOR klinikasının rəhbəri, tibb elmləri namizədi Vladimir Zaytsev bildirib.

Onun sözlərinə görə, maska ​​çənəni deyil, burun və ağzı örtməlidir.

“Maskanı səhv taxmaq koronavirus infeksiyasına yoluxmaya gətirə bilər”, - deyə o xəbərdarlıq edib.

Həkim bir maskanın maksimum bir neçə saat taxıla biləcəyini qeyd edib.

“Ancaq bəzi insanlar eyni maskanı həftələrlə taxırlar”, - deyən həkim bu yanaşmanın səhv olduğunu açıqlayıb.

Zaytsev qeyd edib ki, ictimai nəqliyyatda tutacaqdan tutulubsa, domofon, lift və ya bankomatdakı düymələr basılıbsa, üzə, buruna və ya gözlərə əllərlə toxunmaq olmaz.

Onun sözlərinə görə, insanların başqa bir səhvi mağazalar, ticarət mərkəzləri və digər ictimai yerlərdə nadir hallarda əl sanitayzerlərindən istifadə etmələridir.

Bununla belə, o, sosial məsafənin saxlanılmamasını ən böyük səhv adlandırıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.