“Şimal axını”nın zədələnmiş hissəsindən yeni görüntülər - VİDEO

26-11-2022, 11:44           
“Şimal axını”nın zədələnmiş hissəsindən yeni görüntülər - VİDEO
Danimarkanın “TV 2/Bornholm” telekanalı “Şimal axını-2” qaz kəmərinin zədələnmiş hissəsinin görüntülərini yayımlayıb.

Sualtı dron vasitəsilə çəkilmiş, 2 dəqiqə 55 saniyə davam edən kadrlar Danimarka iqtisadi zonasında baş vermiş qəza yerindən ilk video idi.

Xatırladaq ki, sentyabrın 26-da “Şimal axını-1” və “Şimal axını-2”də sızmalar aşkar edilib. Ertəsi gün İsveç Seysmik Mərkəzinin sözçüsü Byorn Lund sızmaların olduğu ərazidə iki güclü sualtı partlayışın qeydə alındığını söyləyib. Oktyabrın ortalarında İsveç jurnalistləri norveçli mütəxəssislərlə birlikdə “Şimal axını” kəmərinin dağıdılmış 50 metrlik hissəsini aşkar edərək, görüntülərini çəkiblər. Noyabrın 18-də İsveç Dövlət Təhlükəsizliyi Xidməti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində təxribatın təsdiqləndiyini açıqlayıb. Qəza yerində partlayıcı maddələrin izləri aşkar edilib.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru