Türk həkimlər limonun zərərini açıqladı

26-11-2022, 10:37           
Türk həkimlər limonun zərərini açıqladı
Türkiyəli həkimlər tez-tez və çox limon yeməyin, limonlu çay içməyin əks təsirlərini açıqlayıb.
Bakupost.az xəbər verir ki, çiy limonu yemək və şirəsini içmək diş emalını aparır, çürüdür, kariyesi artırır və ağız boşluğunun selikli qişasının zədələnməsinə səbəb olur.
Limon turşusu mədə girəcəyindəki əzələni, klapanı zəiflədir, nəticədə mədə turşuluğu geri qayıdır, reflüks yaranır.
İnsanın həzm sistemi çox miqdarda limon turşusunu həll etməyə qadir deyil. Ona görə limon turşusu qarında spazm, mədədə yanğı, xora, böyrəklərdə daş, sidikdə pozulma və bağırsaqlarda problem yarada bilir.
Çox limon yemək dəmirin də sovrulmasını gücləndirir, bu zaman hemoromatoz əmələ gəlir, dəmir uyğun olmayan orqanlarda yığlıb qalır.
Gündəlik limon norması 2 dilimdən artıq olmamalıdır.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.