Belarus XİN rəhbəri Vladimir Makeyin ölüm səbəbi açıqlanıb

28-11-2022, 10:08           
Belarus XİN rəhbəri Vladimir Makeyin ölüm səbəbi açıqlanıb
Belarusun “Naşa Niva” nəşri iddia edir ki, o, şənbə günü, noyabrın 26-da 64 yaşında qəflətən dünyasını dəyişən ölkənin xarici işlər naziri Vladimir Makeyin hansı şəraitdə vəfat etdiyindən xəbərdar olub.

Nəşr yazır ki, “qərbyönümlü” imici olan və çoxvektorlu yanaşmanın tərəfdarı sayılan diplomatın ölüm səbəbi infarkt olub. Onun vəziyyətini ciddi qəbul etmədiyi üçün vaxtında həkimlərə müraciət etmədiyi də bildirilir.

Rəsmi Minsk milli siyasət veteranının qəfil ölümünə hələ də münasibət bildirməyib. Eyni zamanda diplomatın ölümündə mümkün cinayət tərkibi ilə bağlı şayiələr yayılmağa başlayıb.

Bir versiyaya görə, Makey zəhərlənə bilərdi. Rusiyada bir sıra müşahidəçilər Qərbin ona qarşı kininin olduğu qənaətindədir. Eyni zamanda, Ukrayna mətbuatı XİN rəhbərinin ölümünün prezident Aleksandr Lukaşenkoya “son xəbərdarlıq” ola biləcəyi versiyasını müzakirə edir və baş verənlərə görə Rusiyanı günahlandırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.