Uça bilməyən nadir quş növünü avropalılar necə MƏHV ETDİ? – İLGİNC FAKTLAR

3-06-2023, 20:41           
Uça bilməyən nadir quş növünü avropalılar necə MƏHV ETDİ? – İLGİNC FAKTLAR
Sonuncu pinguinus impennis cütlüyü 1844-cü ilin bu günündə öldürülüb.

Bizim.Media 190 il bundan əvvəl nəsli kəsilmiş quşlar haqqında araşdırma aparıb.

Nəsli kəsilmiş pinguinus impennis(auk) alcid ailəsinin uça bilməyən quş növü idi. Bəzən onları pinqvinlərə bənzədirdilər. Lakin, onların pinqvinlərlə heç bir əlaqəsi yoxdur. Bu quşlar okeana asan çıxışı və bol qida ehtiyatı olan qayalı, təcrid olunmuş adalarda məskunlaşırdılar.

Təbiətdə çox nadir haldır ki, pinguinuslar üçün çox məhdud yem bazaları vardı. Bu quşlar əsasən Şimali Atlantika sularında, şimal İspaniyada, həmçinin Kanada, Qrenlandiya, İslandiya, Farer adaları, Norveç, İrlandiya və Böyük Britaniya sahillərində məskunlaşırdılar.

Böyük auklar 75-85 santimetr hündürlüyündə və təxminən 5 kiloqram ağırlığında olurdu. Arxa hissəsi qara, qarnı isə ağ rəngdə idi. Onların qara dimdikləri ağır və qarmaqlı idi. Yayda böyük aukun lələkləri hər bir gözün üstündə ağ ləkə kimi görsənirdi Qışda isə auk bu lələkləri itirdi.

Əvəzində gözlər arasında uzanan ağ bir zolaq inkişaf edirdi. Qanadların uzunluğu cəmi 15 santimetr olan quş uça bilmirdi. Bunun əvəzində, auklar çox sürətli üzürdülər. Bu da onlara yaxşı ov ovlamaq imkanı verirdi.

Pinguinus impennislərin özəllikləri

Onların ən sevdikləri ov isə yırtıcı balıqlar, o cümlədən xərçəngkimilər idi. Suda çevik olan bu quşlar quruda passiv idilər. Ona görə də insanlar onları quruda çox asanlıqla ovlaya bilirdilər. Bu quşlar ildə bir dəfə cütləşirdilər. Onlar son dərəcə sıx yuva qurarardılar. Yuvaları isə çılpaq qaya üzərində olurdu. Dişi auk cəmi bir yumurta qoyurdu. Hər iki valideyn yumurtanı təxminən altı həftə inkubasiya edir və bala çıxardırdılar. Gənc auk iki və ya üç həftə sonra yuvanı tərk edir özünə yem axtarırdi.

Avropalılar niyə pinguinus impennisların nəslini kəsdi?

Amerikaya gedən ilk avropalı tədqiqatçılar aukdan rahat qida mənbəyi və ya balıq ovu yemi kimi istifadə edərək, sayını azaltdılar. Quş tükünə Avropada yüksək tələbat var idi. Ona görə də XVI əsrin ortalarında başlayaraq Avropalılar bu quşları qırmağa başladılar. Quşlar həm də nadir xüsusiyyətlərinə görə Avropa muzeylərinin və şəxsi kolleksiyaçıların bəzəyinə çevrildi.

Beləcə, uça bilməyən nadir quş növünün kökü Avropalıların sayəsində kəsildi. 3 iyul 1844-cü ildə təsdiqlənmiş son iki nümunə İslandiya sahillərindəki Eldeydə öldürüldü.

Surxay Atakişiyev, Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.