İsmayıllıda tarixi günlərə həsr olunmuş futbol çempionatı FOTO

12-06-2019, 15:55           
İsmayıllıda tarixi günlərə həsr olunmuş futbol çempionatı FOTO
Teref.az - İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 06 may 2019-cu il tarixdən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Milli Qurtuluş Gününə həsr olunmuş rayonun futbol çempionatına başlanıb. 8 komandanın cəlb olunduğu çempionatın yarışları mütəşəkkil, aid strukturların nümayəndələrinin, xüsusilə yerli futbol federasiyasının sədri Şəmşir Kazımovun fəal iştirakı ilə keçirilib.
Çempionatın final yarışı İsmayıllı Olimpiya İdman Kompleksində “Babadağ” və Hacıhətəmli bələdiyyəsinin komandaları arasında keçirilib. Hacıhətəmlinin futbol komandası çempion adını qazanıb. İkinci pillədə “Babadağ” komandası qərar tutub, üçüncü yeri “Aşağıbaş” komandası qazanıb.
Qaliblərə kubok, diplom və medalları İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, rayon polis şöbəsinin rəisi, yerli futbol federasiyasının sədri Şəmşir Kazımov və İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov təqdim ediblər.




шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.