POLİS HƏMİŞƏ VƏTƏNDAŞIN KÖMƏYİNDƏDİR

2-10-2019, 20:11           
POLİS HƏMİŞƏ VƏTƏNDAŞIN KÖMƏYİNDƏDİR
Teref.az - Vətəndaş məmnunluğunun təmini və onları narahat edən məsələlərin tez bir zamanda həlli daxili işlər orqanlarının diqqət mərkəzindədir. Hər zaman xalqımıza arxa-dayaq olan polislərimiz onların rastlaşdığı problemlərin həllində bütün köməklikləri göstəriblər.
Belə bir çətinliklərlə rastlaşan vətəndaşlardan biri də Quba rayon sakini Ruhiyyə Abbasovadır. O, 2008-ci ildə törətdiyi cinayət hadisəsinə görə 13 il azadlıqlan məhrum edilib. Cəzasının on il on ayını çəkdikdən sonra möhtərəm dövlət rəhbərimiz tərəfindən imzalanan əfv fərmanı ilə azadlığa çıxıb. Lakin həbsxana həyatından sonra yaşadığı evə qeydiyyata düşmək istəsə də həmin evin müvafiq sənədləri olmadığı üçün çətinliklərlə üzləşib.
Qarşılaşdığı problemlərə görə Quba RPŞ-nə müraciət edən R.Abbasova burada diqqət və qayğı ilə qarşılanıb. Onu narahat edən məsələnin həll olunması üçün müvafiq tədbirlər görülüb və tezliklə qeydiyyata alınaraq yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Sonra polis əməkdaşları tərəfindən xanımın yaşadığı evə baş çəkilib, yaşayış şəraiti və onu narahat edən digər məsələlər araşdırılaraq həll olunması istiqamətində müvafiq tapşırıqlar verilib.
Ruhiyyə Abbasova Quba Rayon Polis Şöbəsi tərəfindən ona göstərilən diqqət və qayğıya, eləcə də rastlaşdığı problemlərin həllində göstərdikləri köməkliyə görə Quba RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.