Beynəlxalq Əlillər günü münasibətilə nərd yarışı

2-12-2019, 17:15           
Beynəlxalq Əlillər günü münasibətilə nərd yarışı
Teref.az- İsmayıllı Rayon İcra Hakimiyyəti və Gənclər və İdmanİdarəsinin birgə təşkilatçılığı,Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının, DSMF rayon şöbəsinin və Təhsil işçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin iştirakı ilə Beynəlxalq Əlillər gününə həsr olunmuş nərd yarışı keçirilib.
Maraqlı keçən yarışın nəticəsi olaraq II qrup əlil, Əməkdar müəllim Şəfaqət Rəsulov birinci, parolimpiyaçı I qrup əlil Şakir Ömərov ikinci və Qarabağ müharibəsi əlili Azər Kərimov üçüncü yeri tutublar.
Qaliblərə tutduqları yerə uyğun medal və diplomlar, qiymətli hədiyyələr 3 dekabr 2019-cu il tarixdə “Röya” şadlıq sarayında keçiriləcək tədbirdə təqdim olunacaqdır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru