"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirdi

6-12-2019, 17:26           
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirdi
Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “Bakutel 2019 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edib.

Teref.az xəbər verir ki, ənənəvi olaraq “Bakcell” bu il də öz stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini, məhsul və xidmətlərini nümayiş etdirir, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib.

Bundan əlavə, “Bakcell” öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib.

“Bakutel 2019” sərgisində quraşdırılan “Bakcell” stendinin qonaqları ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış “Ookla” şirkəti tərəfindən sınaqdan keçirilərək ardıcıl olaraq 3 dəfə Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülmüş “Bakcell” şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanıblar.

Bu gün 8 mindən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət əhatə dairəsi və trafik buraxma qabiliyyəti baxımdan ölkənin ən geniş və sürətli 4G şəbəkəsinə malikdir.

Bundan əlavə, sərgi ziyarətçiləri ölkənin telekommunikasiya bazarında ilk virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar. “Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. “Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir.

“Bakcell” stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən “AppLap” proqramı və bu proqram çərçivəsində startaplar tərəfindən yaradılmış 2 layihə təqdim edilir. Buradakı “ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. “Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən “cashback” əldə etməsi üçün yaradılan sistemdir.

“Bakcell” şirkətinin “Bakutel 2019” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayıblar. Onlar “Ulduzum” loyallıq tərəfindən təşkil edilmiş oyunda iştirak edərək şənlənib, hədiyyələr qazanıb və “Bakcell” şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlandırılıblar.

Bundan əlavə, “Bakcell” stendində Virtual Reallıq oyunlarını oynamaq və lotereyalarda iştirak edib çoxlu hədiyyələr qazanmaq da mümkün olub.

Mehriban və əyləncə dolu bir mühitdə ölkənin ən üstün şəbəkə və müştəri təcrübəsi barədə məlumat alıb unudulmaz təəssüratlar əldə etmək üçün “Bakcell” şirkəti “Bakutel 2019” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.