İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib

13-12-2019, 08:21           
İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib
İsmayıllı sakinləri ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərdə, müxtəlif müsabiqələrdə, dəyirmi masa arxasındakı söhbətlərdə, “Heydər Əliyev İdarəetmə məktəbi”nin geniş tərkibli məşğələsində iştirakdan sonra 12 dekabr 2012-ci il tarixdə Ulu öndərin ziyarətinə gəliblər.
Əvvəlcə abidənin üzərinə rayon icra hakimiyyəti adından əklil qoyulub. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ziyarətçilərin ön cərgəsində olublar.
Rayon polis şöbəsinin çoxsaylı əməkdaşı hərbi təzimlə ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Yanğın təhlükəsizliyi xidmətinin, digər hüquq mühafizə və ədliyyə orqanlarının əməkdaşları sıx sıralarla gəlib abidənin önünə gül dəstələri düzüblər. Gənclər, şagirdlər, Humanitar və Texnologiya kollecinin, Peşə Tədris Mərkəzinin müəllim və tələbələri, icra strukturlarının, xidmət təşkilatlarının işçiləri Ulu öndərin ruhu qarşısında borclu olduqlarını dərindən dərk edərək hədsiz hörmət və ehtiram əlaməti olaraq ziyarəti davam etdiriblər.
Ümummilli liderin abidəsinin ziyarət olunması başa çatdıqdan sonra ehsan süfrəsi açılıb.






шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.