Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər müəyyən edilib

9-07-2020, 17:20           
Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər müəyyən edilib
Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər müəyyən edilib
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçrilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərində, gündəlik kirayə evlərdə və otellərdə keçirilən reyd zamanı icazələri olmadan, qaydaları pozaraq sərtləşdirilmiş karantin rejimi elan edilən rayonlardan Oğuza gələrək istirahət edən şəxslər müəyyən edilib. Onların barələrində qanunauyğun tədbirlər görülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.