Beyləqanda yas mərasimi keçirənlər cərimələnib

10-08-2020, 15:22           
Beyləqanda yas mərasimi keçirənlər cərimələnib
Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teref.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.