Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb

12-08-2020, 14:30           
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Teref.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda deyilir.

Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Kürqaraqaşlı kəndi sakini Bünyad Zayıdov yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdiyi məlum olub. Polis əməkdaşları tərəfindən ekspertlərin iştirakı ilə həmin evin həyərinə baxış zamanı Bünyad Zayıdov tərəfindən əkilən 46 ədəd narkotik xassəli bitki sayılan çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.