Mingəçevirdə gizli fəaliyyət göstərən restoran aşkar edilib

14-08-2020, 10:13           
Mingəçevirdə gizli fəaliyyət göstərən restoran aşkar edilib
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub. İcarə əsasında obyekti işlədən Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3100 manat cərimə edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.