"Bakcell" Bərdə sakinlərinə dəstək göstərib

30-10-2020, 17:33           
 "Bakcell" Bərdə sakinlərinə dəstək göstərib
Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti Ermənistanın raket atəşi nəticəsində zərər çəkmiş Bərdə şəhərinin sakinlərinə dəstək məqsədilə orada yaşayan abunəçilərinin balansını artırdı.

Teref.az xəbər verir ki, Bərdədəki bütün “Bakcell” abunəçilərinin balansına şirkət tərəfindən ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 100 dəqiqə və 100 SMS yüklənib.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

“Bakcell” şirkəti erməni terroru nəticəsində Bərdədə və digər şəhər və rayonlarımızda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, yaralı soydaşlarımıza isə şəfa diləyir. Qarabağ Azərbaycandır!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru