Marşal Haftardan Türkiyəyə inanılmaz xəyanət - VİDEO

23-04-2019, 13:06           
Marşal Haftardan Türkiyəyə inanılmaz xəyanət - VİDEO
Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın nəzarətindəki parlament erməni soyqırımını tanıdığını bəyan edib.
Axar.az xəbər verir ki, Liviyanın şərqinə nəzarət edən parlament yaydığı bəyanatda 100 il öncə türklərin ermənilərə qarşı “soyqırım” həyata keçirdiyi deyilib. Hələlik Türkiyə tərəfi bu bəyanatla bağlı rəsmi açıqlama yaymayıb. Qeyd edək ki, Liviyada xeyli müddətdir ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmaqdan boyun qaçırır və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.

Haftar bir müddət əvvəl Tripoli uğrunda müharibəyə başlayıb. Bu savaş getdiyi vaxt ABŞ Prezidenti Trampın ona zəngi və marşalı “terrorizmlə mübarizəyə” çağırması diqqət çəkib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.