Avropa ölkələri humanitar vizalarla bağlı narahatlıq keçirir

26-04-2019, 08:02           
Avropa ölkələri humanitar vizalarla bağlı narahatlıq keçirir
Bir neçə dövlət Avropa İnsan Hüquqları Məhkəməsinə humanitar viza tələbi ilə əlaqədar xəbərdarlıq edib. Bu barədə AzEuroNews.com –a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, həmin ölkələrdən olan Belçika hesab edir ki, bir ölkə sığınacaq axtaran şəxsə viza verdiyi təqdirdə Avropa Birliyinin sığınacaq siyasətinə bütünlüklə ziyan vurmuş olacaq. Eyni yamanda humanitar viza tələbinin yerinə yetirilməsi isə sığınacaq və insan hüquqları sistemində radikal bir yenilik ola bilər.

Elə buna görə də bir neçə dövlət müharibə və böhran bölgələrindəki insanlara humanitar viza tələb etməsinə qarşı iddialarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə qətiyyətlə xəbərdarlıq edib. Bu tələbin təmin olunması insanlara hər hansı bir Avropa ölkəsi səfirliyindən sığınacaq üçün müraciət imkanı yarada bilər. Britaniya baş prokuroru Geoffrey Cox Strasburqda məhkəmədə belə bir fikir irəli sürüb.

Fransa nümayəndəsi Florence Merloz isə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının əhatə dairəsinin davamlı genişləndirilməsinə qarşı olduğunu bidirib: “Bu mümkün deyil.
Dünya üzrə bir çox münaqişələr hələ də davam etməkdədir. Əgər bir ölkə sığınacaq axtaran şəxsə viza verərsə, bu bütün Avropa İttifaqında sığınacaq sistemini zədələyə bilər”.

Digər dövlətlər də protokollara mənfi münasibət sərgiləyib. Suriyadan olan bir ailə Belçikaya qısamüddətli viza almaq üçün 2016-cı ildə ölkənin Hələb şəhərində yerləşən səfirliyinə müraciət edib. Onlar müraciət edən zaman sığınacaq istəmiş və gözlənilən müharibədən və onun gətirdiyi təhlükədən xilas olmaq arzusunda olduqlarını, Belçikada yaşayan dostları ilə birlikdə yaşayacaqlarını bildiriblər. Lakin hakimiyyət orqanları onlara viza verilməsindən imtina ediblər. Belə olan halda onlar məhkəməyə müraciət etmiş və hazırda işə Avropa İnsan Hüquqları məhkəməsində baxılır.

➤ Sistemdə radikal innovasiya


Bildiririk ki, AİHM 2012-ci ildə İtaliyanın Sahil Mühafizəsinin Lampedusadan 35 mil aralıda saxlanılan Liviyaya göndərilən qaçqınlara görə İtaliya Konvensiyanın tələblərini pozduğunu bildirmişdi. İtaliya, həmin vaxt öz ölkəsində təqib olunması ehtimal olunan şəxsləri vətənlərinə qaytarmışdı.

Hazırda başqa bir oxşar iş İspaniya ilə bağlı mövcuddur. Həmin işdə suriyalı ailə təhlükəsiz zonaya – Avropaya çıxış əldə etmək üçün səfirliyə müraciət edib. Bu halda da müraciət rədd edilib. Ərizəçi iddia edir ki, o ölkədə qalacağı halda “qeyri-insani və ya ləyaqəti alçaldan rəftar”a məruz qalacaq ki , bu da İnsan Hüquqları haqqında Konvensiyanın 3-cü maddəsi ilə qadağan edilir. Məhkəmə qərarının 3 ay sonra veriləcəyi gözlənilir.

Avropa İnsan Hüquqları Məhkəməsi daha əvvəl oxşar işə baxmış, belə bir pozuntunu tanımamış və qeyd etmişdi ki, viza vermək hər bir dövlətin müstəqil hüququdur və buna müdaxilə oluna bilməz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.