Tripoli ətrafında döyüşlər başlayandan 739 nəfər həlak olub

26-06-2019, 07:28           
Tripoli ətrafında döyüşlər başlayandan 739 nəfər həlak olub
Liviyanın Tripoli şəhəri ətrafında gedən döyüşlər nəticəsində 740 nəfərə yaxın insan ölüb, 4400-dən çox şəxs yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ölkə üzrə nümayəndəliyinin məlumatında deyilir.

Daha əvvəl 691 nəfərin öldüyü və 4012-sinin isə yaralandığı məlum idi.

Şərqi Liviya milli ordusunun komandanı marşal Xəlifə Həftar aprelin 4-də öz qüvvələrinə Tripolini "terrorçulardan azad etmək" üçün hücum əmri verib. Tripolidəki hakimiyyətə loyal silahlı qruplaşmalar da öz növbəsində "Qəzəb vulkanı" adlı cavab əməliyyatına başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru