Şimali Koreyada hakimiyyət dəyişdi

11-07-2019, 20:04           
Şimali Koreyada hakimiyyət dəyişdi
Şimali Koreya lideri Kim Çen In Konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkənin rəsmi rəhbəri olub.

Şimali Koreya lideri Kim Çen In Konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkənin rəsmi rəhbəri olub.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, ölkənin ali qanununun 100-cü maddəsinə görə, KXDR-in Dövlət Şurasının sədri dövləti təmsil edən ali liderdir. Bu postu Kim Çen In tutur. Buna qədər ölkənin formal lideri Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri (aprel ayından etibarən bu postu Tsoy Ren He tuturdu - red.) olub.

2016-cı ilə qədər Kim Çen In ali rəhbər, partiyanın, KXDR ordusu və xalqının lideri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı, KXDR-in marşalı, KXDR Ali Xalq Məclisinin deputatı, Kim Çen İrin üçüncü oğlu və Böyük varisi titullarını daşıyıb. Sonra isə o, Dövlət Şurasına da rəhbərlik edib.

Hazırkı liderin babası Kim İr Sen KXDR-in qurucusu olub. 1948-ci ildən vəfat etdiyi 1994-cü ilə qədər ölkəni təkbaşına idarə edib. O, həmçinin Şimali Koreyada rəsmi dövlət ideologiyası, dövlətin siyasi sisteminin əsası olan çuçxenin təsisçisi olub. Onun həyatı boyu və ölümündən sonra da rəsmi titulu belə olub: "Böyük rəhbər yoldaş Kim İr Sen". Ölümündən sonra o, Koreyanın əbədi prezidenti elan edilib. Ona görə də hazırda KXDR-də prezident postu yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.