Putin təhlükəsizlik məsələlərində Rusiya-İsrail əməkdaşlığının vacibliyini qeyd etdi

13-09-2019, 06:45           
Putin təhlükəsizlik məsələlərində Rusiya-İsrail əməkdaşlığının vacibliyini qeyd etdi
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə İsrailin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinə xüsusi əhəmiyyət verir.

Trend-in məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin görüş çərçəvəsində bunları söyləyib: "Açıqca deyəcəm, səyləriniz nəticəsində münasibətlərimiz hərbi əməkdaşlıq sayəsində təhlükəsizlik məsələlərində də yeni bir keyfiyyət əldə etdi", - deyə Rusiya prezidenti Soçidə danışıqları açaraq İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət edib.

Putinin sözlərinə görə, "xüsusilə beynəlxalq terrorizm tərəfindən davam edən təhdid nəzərə alınmaqla bu qarşılıqlı əlaqə çox vacibdir". Dövlət başçısının sözlərinə görə, Rusiya Federasiyası və İsrailin arasında əlaqələrin qorunması üçün, Moskva Knesset seçkilərində məsulliyətli siyasətçilərin qalib gələcəyinə ümid edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.