Norveçin baş naziri silahlanmaya çağırıb - «Sadəlövh olmayın…»

22-10-2019, 07:33           
Norveçin baş naziri silahlanmaya çağırıb - «Sadəlövh olmayın…»
Norveçin Baş naziri Erna Sulberq «Frankfurter Allgemeine» nəşrinə müsahibəsində bəyan edib ki, NATO üzvlərinin istisnasız olaraq, hamısı hərbi xərcləri aprtırmalıdır.

«Əgər Rusiya Qərblə münaqişəyə getsə, o zaman Norveç onun yolu üstündə olacaq. Sadəcə, sadəlövh olmaq yolvrilməzdir» – deyə, siyasətçi xəbərdarlıq edib.

«Mən, bütün ölkələrdən gözləyirəm ki, onlar çox iş görməyə başlayacaqlar. Hesab edirəm ki, hamı artıq başa düşüb – biz, daha artıq ödəməliyik» - deyə, Norveç hökumətinin başçısı əminliyini bildirib.

Sulberq bu mövqeyini onunla izah edib ki, son illər bölgədə təhlükəsizliklə bağlı vəziyyət dəyişib.

«Biz, görürük ki, Rusiya hərbi potensialını necə artırır və daha da inamlı olub. Biz də öz növbəmizdə, müdafiə xərclərimizi artırmışıq. Biz, ordunu modernləşdiririk və artırırıq. Artıq ümumi daxili məhsulun 1,8 faizini bu məqsəd üçün xərcləyirik. Baxmayaraq ki, Rusiya ilə yaxşı əmədaşlıq qurmuşuq, ancaq özümüzün coğrafi vəziyyətimizi də yaddan çıxartmırıq. Əgər Rusiya Qərblə münaqişəyə getsə, o zaman Norveç onun yolu üstünda dayanacaq. Məhz buna görə də biz, NATO-dayıq. Sadəcə, sadəlövh olmaq yolverilməzdir» - Baş nazir qeyd edib.

Sulberq Arktikadakı situasiyanı da şərh edib. Bu bölgədə Rusiya yenidən fəallıq nümayiş etdirir.

«Biz, istərdik ki, Arktika aşağı gərginlikli bölgə olaraq qalsın. Bu səbəbdən dolayı, biz onu müşahidə altına almaq istərdik. Bunun üçün sərmayə qoyuruq, məsələn, müşahidə aparmaq üçün təyyarələr alırıq. Hər zaman bəyan etmişik – biz, şimalda kiçik NATO-yuq» - deyə, Norveç hökumətinin başçısı qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.