ABŞ hədəfinə çatdı: İranda sosial partlayışlar...

18-11-2019, 08:26           
ABŞ hədəfinə çatdı: İranda sosial partlayışlar...
Hazırda İran 9 milyonluq məmur aparatına, 4 milyonluq təqaüdçüyə, eləcə də 102 dollar müavinət alan 60 milyon nəfərə ödəniş etmək üçün vəsait axtarır.

Axar.az xəbər verir ki, bu sözləri “Haqqin.az”a açıqlamasında iranlı politoloq Əhməd Hüseyni deyib. O, məhz buna görə hökumətin benzinin qiymətini qaldırdığını vurğulayıb:

“Bu tendensiyanın zəncirvari xarakter daşıyacağı güman edilir. İşə artıq İranın qeyri-hökumət təşkilatları və Qumdakı ruhanilər cəlb edilib. Onlar Ruhanini qiymət artımını ləğv etməyə çağırıblar. İran büdcəsinin təxminən 80%-i neft satışı hesabına formalaşır. Parlament indi dövlət büdcəsinə praktik olaraq mövcud olmayan vəsaitlər axtarmaq məcburiyyətindədir. Belə ki, situasiya çox ciddidir və yeni sosial partlayışlar təhdidi var”.

Qeyd edək ki, İranda benzinin qiyməti üçqat artırılıb. Bunun ardınca ölkənin əksər şəhərlərində izdihamlı aksiyalar başlayıb. Aksiyalarda polislə toqquşmalar zamanı 9 nəfərin öldüyü (həmçinin bir polis zabiti də həlak olub), 1000-ə yaxın insanın həbs edildiyi bildirilir.

Prezident Ruhani isə ötən gün benzin qiymətinin artmasından zərər görən şəxslərə yardım edilməsi haqda fərman imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru