"Bunun cəzası edamdır!" - İran hökümətindən aksiya liderləri ilə bağlı şok QƏRAR

20-11-2019, 00:56           
"Bunun cəzası edamdır!" - İran hökümətindən aksiya liderləri ilə bağlı şok QƏRAR
İranin dini lideri Ayətullah Əli Xameneyiyə yaxın “Keyhan” qəzeti gözlənilməz yazı dərc edib.
"Yeni Sabah" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəzetdəki məlumatlara görə, benzinin qiymətinin artımı səbəbi ilə keçirilən aksiyalara liderlik edənlər edam cəzası ilə üzləşəcək:

“Ölkədəki xaosun liderləri edamla cəzalana bilər. Onların etdikləri əməllər “üsyan”dır. Bunun cəzası isə hüquqi və şəriət qanunlarına görə edamdır”.

Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq zamanı aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.