Abe: "Yaponiyada siyasi sistem sabitləşib"

20-11-2019, 08:22           
Abe: "Yaponiyada siyasi sistem sabitləşib"
Yaponiyanın baş naziri Sindzo Abe hesab edir ki, o və hökuməti ölkədə siyasi sistemi sabitləşdirməyi bacarıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Biz bütün gücümüzü ölkədə sabit siyasi sistemin yaradılmasına və xalqa verdiyimiz vədlərin icrasına yönəltdik", - Yaponiya hökumətinin başçısı vurğulayıb. Sindzo Abe həmçinin qeyd edib ki, "hökumətlərin bir-birini əvəz etdiyi keçmiş dövrlə müqayisədə onun administrasiyası sabitlik və möhkəmlik nümayiş etdirib.

Yaponiyanın baş naziri Sindzo Abe ölkə tarixində öz postunda fəaliyyət göstərmə müddətinin çoxluğuna görə birinci yerə çıxıb. Toplam olaraq o, özünün birinci hakimiyyət müddətini (2006-2007-ci illər) nəzərə alaraq 2887 gündür hökumətə başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru