Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır

21-11-2019, 06:37           
Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır
Səudiyyə Ərəbistanı, ABŞ-ın İrana Fordo bölgəsindəki nüvə obyektinə görə tətbiq edilən sanksiyalardan istisnaların qaldırılması qərarını alqışlayır.

Trend-in məlumatına görə, bunu Krallığın Xarici İşlər Nazirliyi bəyan edib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonun 15 dekabr 2019-cu il tarixindən etibarən Fordodakı nüvə obyektinə görə İrana qarşı tətbiq olunan sanksiyalardan azad edilməsini qərarını ləğv edəcəyini bildirmişdi. O, qeyd edib ki, Tehranın bu müəssisədə uran zənginləşdirilməsinə başlamaq qərarına cavab olaraq belə bir qərar verilib.

Səudiyyə Ərəbistanının XİN-nin "Twitter" səhifəsində deyilir: "Xarici İşlər Nazirliyindəki (Səudiyyə Ərəbistanı) mənbə bildirir ki, Səudiyyə Ərəbistanı Krallığı ABŞ-ın İranın Fordo nüvə obyektinin 15 dekabr 2019-cu il tarixindən etibarən sanksiyalardan çıxarılmasının dayandırılması qərarını alqışlayır və məmnuniyyətini ifadə edir."

Hal hazırda Tehran və Ər-Riyad arasında münasibətlər kəsilib. Səudiyyə Ərəbistanı İranı Yəməndəki hərbi-siyasi qarşıdurmada və Husi üsyançılarını dəstəkləməkdə günahlandırır, Tehran isə krallığı və koalisiyanı Yəmənlilərə qarşı cinayətlərdə ittiham edərək, ölkənin bombalanmasına son verilməsini tələb edir. Bundan əlavə, Ər-Riyad İranı sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə dron vasitələri ilə hücumda günahlandırıb, Tehran isə bu iddiaları rədd edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.